BAVZA Aptek & Optika

Keyfiyyətin mövsümü olmur. Bu qışda da BenX’ləməyə nə deyirsiniz?

 

Bütün qadınlar bilirlər ki, son illər günəş eynəkləri sadəcə yay mövsümündə deyil, eləcə də qış mövsümünün ən dəbli aksessuarı hesab olunur. Çünki adı günəş eynəyi olsa da, onlardan təkcə günəşdən qorunmaq üçün istifadə etmirik. Axı yorğunluğu, gözaltı şişkinlikləri, makiyajsız halımızı gizləmək üçün də eynəklərə ehtiyacımız var. Həm də qış aylarında külək və qardan gözləri qorumaq, göz quruluğunun qarşısını almaq üçün də eynəklər əvəzedilməz vasitədir.