BAVZA Aptek & Optika

Olimp Beta Alanine Carno Rush

Aydındır ki, intensiv və ağır məşqlər zamanı əzələlərdə yaranan aralıq turşular mühitin PH-nın turşuluğa doğru dəyişməsinə səbəb olur. Araşdırmalar zamanı məhz bu səbəbin əzələlərin daha tez yorulmasına səbəb olduğu məlum olub. Sərbəst turşuların əmələ gəlməsinə qarşı bufer maddələrin axtarışları zamanı beta-alaninin mükəmməl nəticələri alimlərin diqqətini cəlb elədi. 4 həftəlik sınaqlar zamanı beta alanin qəbul edən idmançılarda 30%-ə qədər daha yüksək dözümlülük müşahidə olundu.

Beta alanin necə işləyir?

O, təbii amin turşu olub, bağırsaqlardan sorulduqdan sonra histidinlə birləşərək Karnizini əmələ gətirir. Karnizin öz növbəsində güclü antioksidant təsir göstərərək, sərbəst radikalları və digər aqressiv aralıq məhsulları neytrallaşdırır, beləliklə, əzələlərin daha uzun müddət işləməsinə zəmin yaradır. Onun idmançıların dözümlülüyünə təsirini öyrənən tədqiqatçılar aşağıdakı nəticələrə gəliblər.

Bundan başqa karnizinin orqanizmə bir çox müsbət təsirləri var-

Karnizin əlavə olaraq, toksinlərin orqanizmdən çıxarır, immun sisteminin fəaliyyətini gücləndirir, ürək-damar sisteminin işini və beyin qan dövranını normallaşdırır. Neyroprotektiv təsir ilə yanaşı şişlərin və katarktanın profilaktikasında vacib rol oynayır.

Olimp Beta-Alanine Carno Rush  beta alaninin və histidinin mükəmməl və zəngin ehtiyatlarını özündə əks etdirir.

Bundan başqa Olimp Beta-Alanine Carno Rush  natrium sitratın sayəsində qanda qələvi mühitin bərpasını sürətləndirir, antikoaqulyant təsiri göstərərək, əzələlərin qan təchizatını yaxşılaşdırır. B6 vitamininin yüksək konsentrasiyası sinir hüceyrələrində metobolizmi gücləndirir, hüceyrə və toxuma tənəffüsünü yaxşılaşdırır. Bu vitamin zülal, amin turşu və yağ mübadiləsində iştirak edir, hipoxolesterinemik xüsusiyyətlərə malikdir. Sinir-əzələ keçiriciliyini və qaraciyərin normal fəaliyyətini təmin edir, eləcə də, amin turşuların bağırsaqlardan yüksək sorulmasını təmin edir.

Olimp Beta-Alanine Carno Rush  idmanın yüksək əzələ fəaliyyəti və dözümlülüyü tələb edən istənilən növündə idmançıların göstəricilərini əhəmiyyətli dərəcədə yüksəldəcək mükəmməl məhsuldur!

Göstərişləri:

Məhsul böyüklər, xüsusilə güclü təlim zamanı fiziki aktiv idmançılar üçün nəzərdə tutulub.

Qəbul qaydası və dozalanma:

Gündəlik tövsiyə olunan doza: gün ərzində məşqdən qabaq, fiziki gərginliyin intensivliyinə uyğun olaraq, 2-4 kapsul bol su ilə qəbul edilməlidir.

Məsləhət görülən gündəlik dozadan çox istifadə etmək olmaz.

Əks göstərişləri:

Məhsulun komponentlərinə qarşı hiperhəsslıq. Uşaqlar və gənclər üçün nəzərdə tutulmamışdır.

Qida əlavələri tam tərkibli qidalanmanı əvəz edə bilməz.

Yan təsirləri:

Müşahidə olunmamışdır.