BAVZA Aptek & Optika

Polaroid eynək linzaları

Adi günəş eynəkləri gözü günəşin qamaşdırıcı şüalarından qorumur. Gözləri bu tip şüalardan yalnız polarizə olunmuş şüşələrə malik polaroid eynəklər qoruya bilər.
Polyarizə olunmuş eynək linzaları insan gözünə müxtəlif mənbələrdən əks olunan işıq şüalarını durduraraq onların gözə düşməsinin qarşısını alır. Hansı ki, bu da təsvirin görüntü keyfiyyətini yüksəltməklə bərabər, görməni də rahatlaşdırır.
Polyarizə olunmuş eynək linzaları həm də bir növ günəş eynəkləridir. Amma bütün günəş eynəkləri polarizə eynəklər qrupuna daxil deyildirlər.
Polyarizə olunmuş linzaların hazırlanma mexanizmində əsas göstərici kimi işığın polyarlığı nəzərə alınır. Belə ki, bu tip şüşələr gözə üfüqi polyarlığa malik işıq şüalarını buraxmır. Üfüqi polyarlıq isə işıq şüaları müəyyən qrup cisimlərin səthindən əks olunduqda müşahidə olunur.

Optikalarımıza yaxınlaşaraq polaroid eynəklər ala, gözün optik müayinəsi və eynəklərin təmiri kimi xidmətlərimizdən PULSUZ faydalana bilərsiniz. Sizi İNAM Optikalarda görməkdən məmnunluq duyarıq