BAVZA Aptek & Optika

Səyyar optika

Sizlərə yeni “Səyyar optika” xidmətimizi təqdim edirik!
Evlərinizdən, ofislərinizdən çıxmadan sadəcə bir zənglə peşəkar optika komandamızın xidmətlərindən olduğunuz yerdəcə yararlana bilərsiniz. Xüsusilə, yaşlılar və fiziki qüsurlu insanlar üçün nəzərdə tutulmuş və eyni zamanda, bütün kütlələrə də xitab edən bu xidmətimiz sayəsində gözün optik müayinəsi, optik eynəklərin ölçülməsi və təyini xidmətlərimizdən istifadə edə, geniş optik və gün eynəkləri çeşidlərimizlə tanış ola və istədiyinizi sifariş edə bilərsiniz. Bütün xidmət prosesi tam pulsuzdur!