fbpx
Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
BİZİ INSTAGRAM-DA İZLƏYİN
BİZƏ WHATSAPP-DAN YAZIN
BİZİ FACEBOOK-DA İZLƏYİN

İdman qida əlavələri »


Canlı orqanizmdə rast gəlinən çox sayda, müxtəlif üzvi birləşmələrin içərisində zülallar daha mühüm əhəmiyyətə malikdirlər. Onlar bütün canlı quruluşların tərkibinə daxildirlər və bundan başqa mühüm funksional elementlərdirlər, belə ki, maddələr mübadiləsini idarə edən fermentlər zülallardır. Eləcə də onların köməyilə genetik məlumat realizə olunur. Zülalların əsas quruluş vahidi aminturşulardır. Aminturşulara, karbon zəncirindəki hidrogenlərdən biri NH2 qrupu ilə əvəz olunmuş, karbon turşularının törəməsi kimi baxmaq olar. Zülalların tərkibinə daxil olan bütün aminturşular üçün (prolin müstəsnalıq təşkil edir) xarakter olan ümumi əlamət, onların tərkibində sərbəst karboksil qrupunun, sərbəst əvəzlənməmiş amin qrupunun, karbon atomuna birləşmiş və yan zəncir adlanan müəyyən R-qrupunun olmasıdır. Təbii amintirşuların çoxunda amin qrupu karboksilə nəzərən α-vəziyyətində yerləşmiş olur.

Çox az hallarda canlı orqanizmlərdə amin qrupu β-və ya γ vəziyyətində olan aminturşulara (β-aminpropion, γ-aminyağ turşuları) rast gəlinir. Zülallarda ölçüsü, forması, hidrogen rabitəsi əmələ gətirmək qabiliyyətiə görə fərqlənən 20 növdə aminturşu yan zəncirinə rast gəlinir. Qeyd etmək lazımdır ki, bakteriyadan insana qədər bütün canlıların zülalları, aminturşuların eynilə 20 növündən ibarətdir. Zülalların müxtəlif funksiyaları yerinə yetirə bilməsi, onları təşkil edən 20 quruluş elementinin xassələrinin müxtəlifliyi və çevikliyi ilə izah oluna bilər. Zülallar funкsiyası, miкroquruluşu və hidroliz zamanı alınan məhsullardan asılı olaraq qruplaşdırılır. Zülallar sadə –və mürəkkəb qruplarına bölünür. Sadə zülallara – albuminlər (suda həll olur), qlobulinlər (neytral duzların məhlulunda həll olur), prolaminlər (spirtdə həll olur), qlyutelinlər (zəif qələvi məhlulunda həll olur), histonlar və s. aiddir. Mürəккəb zülallar – proteidlər zülalsız hissənin кimyəvi təbiətindən asılı olaraq fosfoproteidlər, qlikoproteidlər, liopoproteidlər хromoproteidlər və nukleproteidlər qrupuna ayrılır.
Çoxlarında ilk baxışda mənfi rəy oyadan bu ifadəni yəqin ki, siz də eşitmisiniz. Bəs siz idman qidaları barədə nə düşünürsünüz? Əminəm ki, bir çoxlarınız “Protein nəyə lazımdır?” və ya “Elə qidalarla bədən şişirtməyə nə var ki?” fikirlərini dilə gətirdiniz. Lakin səhv fikirdə olduğunuzu deyə bilərəm. Çünki gənclərin bir çoxu idman qidaları barədə demək olar ki, heç nə bilmirlər. Bildikləri yeganə idman qidası proteindir. Təbii ki, bu cür düşünən insanlar proteinlər barədə də heç bir anlayışa malik deyillər. Sadəcə proteinin zərərli olmasını demək belə gənclər üçün ən sadə çıxış yoludur. Çünki belə insanlar deyilənlərin nə dərəcədə reallığı əks etdirdiyini öyrənmədən adi sözlərə inanırlar. Beləliklə də insanlar arasında dezinformasiya yayaraq səhv fikirlərə yol açırlar.
Bu yazımda sizə idman qidaları barədə ümumi məlumat verməyə – onların növləri, göstəriciləri haqda bəhs etməyə çalışacam. İlk növbədə nəzərinizə çatdırmaq istəyirəm ki, idman qidalarının heç bir zərəri yoxdur. Zərərli preparatlar anaboliklər və ya steroidlərdir. İdman qidaları isə əzələlərin inkişafı üçün orqanizmimizə lazım olan zülal, karbohidrat, kalori və s. bu kimi qidalı maddələrlə size təmin edir.
Tanışlığa ilk olaraq proteinlərlə başlayaq. Protein qədim yunan sözü olub tərcümədə zülal deməkdir. İnsan orqanizmi bütünlükdə zülallardan ibarətdir. Zülallar bir növ bədənin tikinti materialı – skeletidir. Məşq zamanı əzələlərin inkişafı üçün çox miqdarda zülal lazımdır. Bu zülalları isə həm qida maddələrindən, həm də proteinlərdən alırıq. Bəzi zülallar var ki, insan orqanizmində az sintez olunur. Məşq zamanı əzələ toxuması özünü bərpa etmək üçün məhz həmin zülallara ehtiyac duyur. Buna görə də idmançılar məşq zamanı proteindən istifadə edirlər ki, həmin əzələ toxumaları lazımlı zülallardan yetərincə istifadə edə bilsinlər. Proteinlərin də müxtəlif növləri var: yumurta protein, soya protein, izolat protein, kazein və s.
Daha çox istifadə olunan idmançı qidalarından biri də Amino komplekslərdi. Aminolar da zülallardan ibarətdir. Tərkibi proteinlərlə demək olar ki, eynidir. Onlar arasında əsas böyük fərq ondan ibarətdir ki, protein toz halındadır, aminolar isə həb şəklindədir.
Digər çox istifadə olunan idman qidası Gainerdir. Gainerin tərkibində kalori və vitamin kompleksi çox olur. Əzələ çəkisi yığmaq və kökəlmək istəyən şəxslər üçün gainerlər əvəzsizdir.
Daha bir idman qidası BCAA (branch chain amino acids) kompleksləri əzələlərin məşqdən sonrakı bərpası üçün nəzərdə tutulub. Bir sıra əvəzolunmaz zülallar var ki, onlar orqanizmdə sintez oluna bilmir. Məhz əzələlərin inkişafında həmin əvəzolunmaz zülalların rolu çox böyükdür. Bu zülalları isə orqanizmə BCAA kompleksi verir və bədəni lazımi maddələrlə təmin edir.
Digər əsas idman qidalarından biri də Kreatindir. Kreatin tərkibi azot olan birləşmələrdən ibarət kompleksdir. Ağır məşqlərin öhdəsindən gəlmək üçün orqanizmə əlavə enerji lazımdır. Uzunmüddətli məşqlər zamanı orqanizm taqətdən düşür. Bu zaman məşqləri davam etdirmək üçün ehtiyac duyulan əlavə enerjini orqanizmə kreatinlər verir.
Əziz idmansevərlər! İdman qidalarından istifadə etməkdən qorxmayın! Sadəcə bu zaman mütəxəssislə məsləhətləşməyi və bütün instruksiyalara sözsüz əməl etməyi unutmayın!

WhatsApp2

Copyright © 2024 BAVZA MMC. Bütün hüquqlar qorunur.