fbpx
Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
BİZİ INSTAGRAM-DA İZLƏYİN
BİZƏ WHATSAPP-DAN YAZIN
BİZİ FACEBOOK-DA İZLƏYİN

L-Carnitine

L-karnitin dərialtı piy ehtiyatlarının azalmasına səbəb olur. L-karnitin yağ yanması prosesinin son mərhələsində əsas elementdir. O, sərbəst yağ turşularını onların son istifadə məntəqəsində – onların oksidləşməsi baş verən mitoxondriyada saxlayır. Mitoxondrilərdə yağ turşularının oksidləşmə prosesi orqanizmi böyük miqdarda enerji ilə təmin edir ki, bu da orqanizmin energetik imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Sərbəst yağ turşularının hüceyrədaxili oksidləşmə prosesinin effektli idarə olunması onların triqliseridlər formasında təkrar bərpa olunmayacağına və yenidən piy toxumasını yaratmayacağına zəmanət verir.

✔️ L-karnitin həmçinin damar və ürək xəstəliklərinin profilaktikası zamanı böyük əhəmiyyət kəsb edir, onun çatışmazlığı isə aritmiya və ürək əzələsinin zəifliyi kimi xəstəliklərin əmələ gəlmə riskini artırır. Klinik tədqiqatlar göstərir ki, tərkibində yüksək miqdarda L-karnitin olan qida əlavələrinin istifadəsi ürək-damar sisteminin düzgün işləməsinə təminat verir.

L-karnitinin farmokoloji təsirlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

✅ Artıq piylərin əridilməsi
✅ Əqli və fiziki enerji tələbatının ödənilməsi
✅ Stressə davamlılıq
✅ Detoksikasiya
✅ Təbii anabolik təsir
✅ Hipoxolesterinemik təsir
✅ Kardioprotektor təsir

⬛ Göstərişləri: L-Carnitine fiziki aktiv insanlar və peşəkar idmançılar üçün nəzərdə tutulmuşdur. Artıq piy toxumasından azad olmağa can atanlar, bədənin çəkisini arzu olunan səviyyədə saxlamaq istəyənlər, eləcə də, ürək-damar sisteminin işini dəstəkləmək, bununla da ürəyin işemik xəstəliyi və ya qan dövranı sisteminin digər pozulmalarının əmələ gəlməsi riskini azaltmaq istəyənlər də prepartdan isifadə edə bilərlər.

⬛ Qəbul qaydası və dozalanma:
L-karnitini birbaşa məşqdən əvvəl və ya məşq zamanı istifadə etmək lazımdır. Aerob məşqlərlə əlaqədar olmayan qəbul yağ yandırılmasında nəzərə çarpan təsir gətirmir, çünki L-karnitin oksigenlə birlikdə işləyir.
Gündə iki dəfə (12,5 ml), təxminən 30 dəqiqə yeməkdən və ya fiziki məşqlərdən əvvəl içilməlidir. Açdıqdan sonra soyuducuda saxlanılmalı və 24 saat ərzində istifadə edilməlidir. İstifadədən əvvəl çalxalamaq lazımdır. L-karnitindən istifadə edərkən rasionda karbonatlar azaldılmalıdır.

✅ Ətraflı məlumat üçün bizimlə aşağıda qeyd olunan nömrələrlə həm zəng, həm də WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz 🙂 Telefonda qeydiyyata gərək qalmadan birbaşa WhatsApp-la əlaqə üçün link: http://bavza.az/wp

📦 Məhsulların çatdırılması PULSUZ həyata keçirilir
☎️ (012) 4094355
📞 (055) 4044355 (həmçinin, WhatsApp)
🌐 bavza.az


WhatsApp2

Copyright © 2025 BAVZA MMC. Bütün hüquqlar qorunur.