EAA Mtrx (Əvəzolunmaz amin turşular): |
L-Leysin Zülal sintezini aktivləşdirərək, yeni əzələ toxumasının yaradılmasında mühüm rol oynayır. Eyni zamanda, əzələ inkişafı üçün çox əhəmiyyətli olan protein molekullarının məhvinin qarşısını alır. |
L-Lizin Kollaqenin tırkibinə daxil olan ən vacib amin turşulardan olduğuna görə, əzələ və bağların möhkəmlənməsi, qığırdaq toxumasının mümkün zədələnmələrdə profilaktikası üçün vacibdir. Zülal sintezi, boy və çəki artımında iştirak edir. Stressə davamlılığı artırır, orqanizmin virus xəstəliklərinə qarşı immun qabiliyyətini gücləndirir. |
L-Valin Boy artımı və toxuma sintezində ən vacib rola malik komponentlərdən biridir. Leysin və izoleysinlə birlikdə əzələ hüceyrələrində enerji mənbəyi kimi iştirak edir. Orqanizmin ağrıya, soyuğa və istiyə qarşı dözümlülüyünü artırır. Azot mübadiləsinin normallaşdırır və sinir hüceyrələrinin demielinləşməsinin qarşısını alır. Antidepressiv özəlliklərə malikdir. |
L-Isoleysin Əvəzolunmaz aminturşulardandır. Fermentlərin, hormonların və zülalların biosintezində iştirak edir. Təsadüfi deyil ki, leysin və valinlə birlikdə əzələ toxumasının 35%-ə qədərini təşkil edir. Əzələlər və sinir sistemi üçün enerji mənbəyi rolu oynayır. Piy toxumasının ərinməsində və şəkərin energetik mübadilədə iştirakını sürətləndirir. |
L-Treonin Zülal sintezində aktiv iştirak edən əvəzolunmaz aminturşulardandır. Ürək-qan damar, qaraciyər, sinir sistemi və immun funksiyaları yaxşılaşdırır. Qlisin və serinin yaranmasında xammal rolu oynayaraq, əzələlərin, bağların möhkəmliyini yaxşılaşdırır, dişlərin emal qatını və sümükləri möhkəmləndirir. |
L-Fenilalanin Əzələlərin və vətərlərin qurulmasında iştirak edən zülalların tərkibinə daxildir. Piy toxumasının əridilməsində və zülal sintezində iştirak edir. Dofamin neyromediatorunun yaranması üçün xammal rolu oynayaraq, əhval ruhiyyəni yüksəldir və orqanizmin ümumi tonusunu normallaşdırır. |
L-Metionin Bəzi amintuşuların və fermentlərin sintezində xammal rolu oynayır. Fosfolipid sintezini sürətləndirərək, həm hüceyrələrin bərpasında həm də yeni hüceyrələrin əmələ gəməsində iştirak edir. Məhz bu xüsusiyyətləri onu peşəkar idmanda əzələ kütləsini qorumaq və artırmaq üçün əvəzsiz edir. |
L-Tryptofan Əvəzolunmaz amin turşu kimi orqanizmdə vacib kimyəvi reaksiyalarda iştirak edir. Sinir tənzimində mühüm rola malikdir. Melatonin və serotonin sintezində iştirak edərək, ağır və intensiv məşqlərdən sonra yorğunluğu götürür, əhval ruhiyyəni yüksəldir, yuxunu yaxşılaşdırır və əzələ gücünün bərpa prosesini tezləşdirir. |
EAA dəstəkçiləri: |
L-Qlutamin Orqanizmin immun sistemini gücləndrərək, zülalların toxunulmazlığına nəzarət edir. İmmuniteti artırır, zülalarin sorulmasını və mübadilənin son məhsullarının bədəndən uzaqlaşmasını sürətləndirir, həzmi asanlaşdırır və bağırsaq peristaltikasını artırır, diqqəti və yaddaşı yaxşılaşdırır, antistress təsiri də var, Boy hormonu ifrazını artırır. İdman təbababətində əzələlərin formada qalması, inkişafı, orqanizmin dözümlülüyünün və müqavimətinin artması üçün istifadə olunur. |
L-Tirozin Əzələ zülalının tərkibinə daxil olan vacib amin turşudur. Eləcə də, sinir sisteminin dopamin, epinefrin və norepinefrin kimi neyromediatorlarının sintezində iştirak edir. Bu kimyəvi maddələrin mövcudluğu intensiv məşqlər, intellektual fəaliyyət və stresslər zamanı sürətlə tükənir. Qanda tirozininin yüksək səviyyəsi uzunmüddətli məşqlər zamanı yorğunluğu aradan qaldırır, əhval ruhiyyəni yaxşılaşdırır və sağlam çəkinin inkişafını təmin edir. |
L-Histidin Zülal mübadiləsində iştirak edərək, azotsuz zülal birləşmələri olan karnozin və anserinin sintezində iştirak edərək, əzələ toxumasının artımına səbəb olur. Karnozin antioksidant funksiyaları həyata keçirir, əzələ lifləri membranlarının sabitləşdirilməsinə kömək edir və əzələləri yorğunluqdan qoruyur. Histidin qanda somatotropin səviyyəsini qaldıraraq, boy və çəki artımına anabolik təsir göstərir. |
L-Alanin Kliniki araşdırmalar zamanı məlum olub ki, idman məşqləri zamanı əzələlərin qidalanmasıni aerob və ya anaerob qlikoliz şəraitidə olmasından asılı olmayaraq, mükəmməl şəraitdə həyata keçirir. Əzələ toxumasının güc və dözümlülüyünü artıraq, məşqləri maksimuma qədər gücləndirməyə imkan yaradır. |
L –Sistein Taurinin və qlütationun sintezində iştirak edərək, antioksidant və anti katabolik effektlər nümayiş etdirir. Orqanizmin ümumi tonusunu saxlayır və əzələləri alkoqolun zərərli təsirlərindən qoruyur. Kollaqenin tərkibinə daxil olaraq, vətərlərin və dərinin elastikliyini və sağlamlığını təmin edir. |
BCAA əlavəsi: (Şaxələnmiş yan zəncirli amin turşular): |
L-Leysin |
L-Valin |
L-Isoleysin |
Niasin Fibrinolitik, antixolesterinemik xüsusiyyətlərə malikdir. Orqanizmdə zülal sintezini yaxşılaşdırır, mikrosirkulyasiyasını gücləndirərək, ağır fiziki işlər və gərgin məşqlər zamanı toxumaların (o cümlədən əzələ toxumasının) qida və oksigenlə təmin edir. Bağırsaqlardan amin turşuların sorulmasını sürətləndirir. |
Vit. B6 Sinir hüceyrələrində metobolizmi gücləndirir, hüceyrə və toxuma tənəffüsünü yaxşılaşdırır. Zülal, amin turşu və yağ mübadiləsində iştirak edir, hipoxolesterinemik xüsusiyyətlərə malikdir. Sinir-əzələ keçiriciliyini və qaraciyərin normal fəaliyyətini təmin edir. Amin turşuların biomənimsənilməsində iştirak edən ən vacib komponentlərdəndir. |