fbpx
Kateqorİyalar

Apteklərimizdə sizlərə aşağıdakı xidmətlər göstərilir:

  • Dərmanların yüksək endirimli qiymətlərlə satışı
  • Çətin tapılan dərman preparatlarının sifarişi
  • Tonometrlərin, tibb avadanlıqlarının satışı
  • Tibbi geyimlərin, xalat ve uniformaların satışı
  • İstəyə uyğun tibbi geyim və s. modellərinin sifarişi
  • Hər növ uşaq yeməkləri, butulka və s. satışı və sifarişi
  • İdman qida əlavələrinin ( Protein, amino turşu, geyner və s. ) satışı ve sifarişi
  • Hər növ tibbi kosmetikanın satışı ve sifarişi
  • Optika şöbələrimizdə hər növ eynəklərin (optik, günəş) satışı və sifarişi
  • Linzaların (kosmetik və optik) satışı ve sifarişi

Və əlavə olaraq aşağıdakı xidmətlərimizi sizə pulsuz olaraq təklif edirik:

  • Hər növ eynəklərin təmiri
  • Gözlərin optik müayinəsi
  • Qanda şəkərin təyini
  • Qan təzyiqinin ölçülməsi
BİZİ INSTAGRAM-DA İZLƏYİN
BİZƏ WHATSAPP-DAN YAZIN
BİZİ FACEBOOK-DA İZLƏYİN

Olimp Glucosamıne plus

Farmokoloji təsirləri:

Glucosamıne plus– tərkibində qığırdaq və oynaqlarının bərkidilməsi üçün ən vacib tərkib hissələr olan qlükozamın sulfat və xondroitin sulfat olan qida əlavəsidir.Glucosamıne plus qığırdaqların zədələnmiş strukturların regenerasiyasını dəstəkləyir və sinovial mayenin miqdarini artırır ki, dayaq-hərəkət aparatının elementləri arasında sürtünməni azaltsın. Yaşla orqanizmdə bu maddələrin istehsalı azalır ki, bu da birgə dağılma proseslərinin güclənməsi reaksiya ağrısına səbəb olur.

Qlükozamin sulfat qığırdaq toxumasının tamlığını təmin edən, ağır fiziki hərəkətlər zamanı onun zədələnməsinin qarşısını alan proteoqlikan sintezinin stimulyatorudur. Ümumilikdə qlükozaminin oynaq toxumalarına təsirini 3 qrupa bölmək olar.

Anabolik təsir • Qlükozamin qlikan və proteoqlikan sintezini stimullaşdırır.
Antikatabolik təsir • Katabolik fermentlərin aktivliyini aşağı salır.

İltihabəleyinə təsir

•Superoksid radikalların yaranmasının qarşısını alir. Travma nahiyəsində iltihab neyromediatorların səviyyəsini aşağı salır. Hüceyrələrin dağılmasını həyata keçirənfermentləri əngəlləyir.

Bununla belə, prostoqlandin sintezini tormozlamadığı üçün adi iltihab əleyhinə preparatlardan fərqli olaraq, orqanizmə heç bir yan təsirlər vermir.

 

Digər rəqiblərindən fərqli olaraq Glucosamıne plus-un tərkibindəki qlükozamin sulfatın  stabilizatoru kalium xloriddir(KCl). Məsələ burasındadır ki, natrium xlorid stabilizatoru orqanizmə əlavə mayenin yığılması, ürək damar sistemi xəstəlikləri, aşağı ətraflarda ödemlər, piylənmə kimi problemlərə risk yaradr. Kalium isə Natriumun antoqonisti olaraq, orqanizmdə lazımsız mayenin toplanmasının qarşısını alır, ürəyin normal işini bərpa edir, hüceyrələrin energetik proseslərini normallaşdırır, sinir-əzələ keçiriciliyini artıraraq, əzələlərin effektiv yığılmasını təmin edir. Beləliklə, KCl stabilizatorunun sayəsində Glucosamıne plus daha universal təsirləri əhatə etmiş olur.

Xondrotin sulfat qığırdağın əsas tərkib hissəsi olan proteoqlikanın tərkib hissəsidir. Qlükozamin kimi xondroitin də proteqlikan və oynaq mayesinin sintezini stimullaşdıraraq oynaqlarda anabolik prosesləri aktivləşdirir. Qida əlavəsi olaraq, tibbdə bir çox preparatların aktiv komponenti kimi istifadə olunur. Çox saylı kliniki araşdırmalar zamanı xondroitin və qlükozamin qabarıq, davamlı və təhlükəsiz terapevtik effetivliklərini sübuta yetirmişlər.

Beləliklə,Glucosamıne plus:

  • oynaqların hərəkət məhdudiyyətini aradan qaldırır,
  • qığırdaq səthlərin bərpasını stimullaşdırır,
  • iltihabəleyhinə və ağrıkəsici təsir göstərərək xəstələri narahat edən simptomları aradan qaldırır.

Göstərişləri:

  • Agır fiziki işlər zamanı və idmançılarda (güləş, futbol, basketbol, voleybol, əlbəyaxa döyüş növləri, ağır atletika və s.) oynaqların zədələnməsinin qarşısını almaq məqsədilə;
  • İdman və məişət travmalarının müalicəsində
  • Yaşla əlaqədar oynaqlarda gedən degenerativ proseslərin profilaktikası
  • Artrozlar, artritlər,  ostexondroz, spondilit və digər onurğa sütünu xəstəliklərin müalicəsi.

Qəbul qaydası və dozalanma:

Gündə 3 dəfə yemək vaxtı bir kapsul qəbul edin. Qəbul kursu 6-8 həftədir.

 

Əks göstərişləri:

Preparatın komponentlərinə qarşı hiperhəsslıq.

Şəkərli diabet, hamiləlik, süd vermə, eləcədə prostat vəzin pozulması zamanı, məhsulu qəbul etməzdən əvvələ həkimlə məsləhətləşmək lazımdır.

 

Yan təsirləri:

Preparatın qəbulundan sonra nadir hallarda dispeptik əlamətlər müşahidə oluna bilər.


WhatsApp2

Copyright © 2024 BAVZA MMC. Bütün hüquqlar qorunur.