Olimp Gold Omega-3 Sport Edition
Olimp Gold Omega-3 Sport Edition EPA və DHA (eyko-patentil və dokozaheksin turşusu) ilə zəngin balıq yağı və kətan yağı qarışığından ibarətdir. Bu yağ turşuları orqanizm üçün çox faydalıdır, onlar əvəz edilməzdir, bu o deməkdir ki, onlar qidadan kənar daxil olmalıdır. Bu kompleks hər şeydən əvvəl ürək-damar sisteminin işi və beynin işi üçün çox böyük yol oynayır.
Idmançılardan ötrü bu məhsul xüsusilə vacibdir. Omeqa-3 yağ turşularının sayəsində aşağıdakı proseslər baş verir :
- Maddələr mübadiləsinin sürəti artır.
- “Quru” əzələ kütləsinin artımı və əksinə, piy toxumasının azalması baş verir. Bu özəlliyinə görə, həm arıqlamaq, həm də, əzələ kütləsini artırmaq üçün istifadə olunur.
- İnsulinə qarşı həssaslığın artması mədə bağırsaq traktının fəaliyyətini aşağı salır. Nəticədə karbohidratlar zəif mənimsənilir, bu da mədəaltı vəzi desensebilizasiyasının qarşısını alır.
- Qanın qatılığı azalır, reoloji göstəricilər yaxşılaşır. Beləliklə, arterial təzyiq aşağı düşür, tromb əmələgəlmə, infarkt və insult riski azalır.
- Orqanizmin ümumi tonusunu qaldırır və dözümlülüyü artırır.
- Beynin funksiylarını yaxşılaşdırır, əhval-ruhiyyəni yüksəldir. 60%-i yağlardan ibarət olan beyin maddəsi normal fəaliyyət göstərmək üçün Omeqa-3 yağ turşularına xüsusilə ehtiyac duyur.
- Dərinin təmizliyi, elastikliyi və sağlamlığının qayğısına qalır.
- Piy toxumasını artırmadan sağlam enerji mənbəyi rolu oynayır.
- Bodibildinqdə xüsusi ilə vacib olan testesteron hormonu daxil olmaqla, hormonların sintezini gücləndirir.
- Əzələlərə dağıdıcı təsir göstərən kortizolun istehsalını əngəlləyir.
Bundan başqa Omeqa-3 MSS psixofunksional və intellektual pozğunluqları, sınıqlar, “xroniki” yorğunluq sindromu, infarkt, anqiopatiya və beyin qan damar pozğunluqlarının bərpa dövrü, hamiləlik zamanı olduqca vacibdir.
Olimp-dan GoldOmega-3 Sport Edition E vitamini ilə də zənginləşdirilmişdir. Bu vitamin hormonlarin xüsusən cinsiyyət hormonu olan testesteronun sintezini gücləndirir, qan dövranını yaxşılaşdırır, qanın qatılığının azlmasına kömək edir və trombların əmələ gəlməsinə mane olur. Yüksək antioksudant özəlliklərinə malik olduğu üçün sərbəst radikalların neytrallaşmasında vacib rol oynayır. Dəri və selikli qişalarının sağlamlığını təmin edir.
Göstərişləri:
Həvəskar və peşəkar idmançılarda bədən quruluşunun korreksiyası
Piylənmə və piy mübadiləsinin müxtəlif pozğunluqları
E vitamini hipovitominozu
Ürək damar, sinir, dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsi və bə rpası məqsədilə.
Qəbul qaydası və dozalanma:
Gündə 1 kapsula qəbul olunur.
Əks göstərişləri:
Preparatın komponentlərinə qarşı hiperhəsslıq.
Yan təsirləri:
Müşahidə olunmayıb.