BAVZA MMC 1995-ci ildən fəaliyyət göstərir. Bizimlə ən rahat və effektiv şəkildə əlaqə saxlaya bilməniz üçün mövcud olan bütün imkanları təklif etməyə çalışırıq.

Əgər saytımıza mobil telefonla daxil olmusunuzsa və ya daxil olduğunuz cihazda WhatsApp tətbiqi aktivdirsə, buraya klik edərək Onlayn Əczaçı veya Optometrist ile əlaqə saxlaya bilərsiniz.

BAVZA FacebookInstagram sosial hesablarından da aktiv şəkildə istifadə edir və istənilən sualınızı cavablandırmağa hazırdır.

Fəaliyyətə başladığımız ilk gündən etibarən müştərilərimizi daim keyfiyyətli məhsullarla təmin etməyi qarşımıza məqsəd qoymuş və hər keçən gün bu missiyanı uğurla həyata keçirməkdə davam edirik.

Alıcılarımızı yüksək keyfiyyətli mehsullarla təmin etmək üçün nüfuzlu idxalçılar ilə tərəfdaşlıq edərək fəaliyyətimizi daha da genişləndirmişik. Müştərilərimizə təklif etdiyimiz mehsul çeşidlərimizi zənginləşdirmiş, peşəkar, xüsusi kvalifikasiyadan keçmiş, gülərüz əczaçı ve Optometrist personallari ilə xidmətimizin keyfiyyətini daha da inkişaf etdirmişik.

Bundan əlavə, optika şöbələrimizdə tam pulsuz olaraq gözlərinizi optik müayinə etdirə və istəyinizə uyğun eynəkləri hazırlatdıra bilərsiniz. Eynəklərin hazırlanmasında ROSSO eynək linzalarından və Ben.X, Merlen, Ray-Ban, Tom Ford və s. kimi markaların optik çərçivələrindən istifadə olunur. Optik məhsullarımız Dövlət Qeydiyyatına alınıb və orijinallığına zəmanət verilir.

Apteklərimizdə idman qida əlavələrinin satışı da təşkil olunur. Belə ki, Olimp, Weider, Animal Pak, Blue Lab, Biogenix kimi firmaların müxtəlif idman qida əlavələri, amin turşuları, protein, geyner və s. məhsullarını sizlərə təqdim edirik. Qeyd edək ki, satışını təşkil etdiyimiz idman qida əlavələri Səhiyyə Nazirliyi tərəfindən tam sertifikatlaşdırılıb.

Əlavə olaraq, filiallarimizda tibbi geyimlər – kostyum, xalat və uniformaların satışı da təşkil olunur. Müştərilərimizə Türkiyənin Monotip, M.F.Pro firmalarının tibbi geyim vasitələrini təklif edir, əgər model və ya ölçülərlə bağlı xüsusi tələbləriniz varsa, sifarişləriniz əsasında istəklərinizi həyata keçiririk.

Haqqımızda