XİDMƏTLƏRİMİZ

BAVZA geniş xidmətlər çeşidi təklif edir

Əczacılıq xidməti

Bavza Aptekləri Azərbaycanın inkişaf etməkdə olan qabaqcıl apteklərindəndir. Biz müştərilərimizi yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s. ilə təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün böyük məsuliyyət tələb olunur və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik.

Optika xidməti

BAVZA Şirkəti, müştərilərinə yüksək keyfiyyətli optik və göz baxımı xidmətləri təqdim edir. Şirkət, peşəkar həkimlər və optik mütəxəssislər tərəfindən dəstəklənən geniş xidmətlər spektrinə malikdir. BAVZA-nın xidmətləri arasında göz müayinələri, eynək və kontakt linzaların satışı, həmçinin fərdi ehtiyaclara uyğunlaşdırılmış gözlük hazırlığı yer alır. Şirkət, müştərilərinə ən son texnologiyalar və yüksək keyfiyyətli məhsullar təqdim edərək, onların göz sağlamlığını təmin etməyə yönəlmişdir.

Optika Topdan Satış xidməti

Optika dükanlarını yüksək keyfiyyətli məhsullarla təmin etmək üçün nüfuzlu şirkətlər və idxalçılarla tərəfdaşlıq edərək fəaliyyətimizi genişləndirmişik. Müştərilərimizə optik cihazlar, eynək şüşələri, optik çərçivələr, gün eynəkləri, eynək aksesuarları və s. kimi məhsulları çox sərfəli topdan satış qiymətləri ilə təklif edirik.

Optika Usta xidməti

Optika dükanlarının öz müştərilərindən alıb bizə göndərdiyi eynək sifarişlərini yüksək məharət, bütün tibbi qayda və standartlara uyğun şəkildə hazırlayırıq. Sürətli xidmət, ən uyğun qiymət və yüksək keyfiyyətin bir arada olması optika müdirlərinə çox sərfəli olur. Bundan əlavə, bütün optik cihazların və eynəklərin təmiri işləri də aparılır.